
Misli Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyununa maraq böyükdür.
Sport1.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma üçün artıq 2000-dən çox bilet satılıb.
Biletlər iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi və Mehdi Hüseynzadə adına stadionun kassalarından əldə oluna bilər. Kassalardan satış hər gün 15:00–19:00 arası aparılır. Qiymətlər sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.
Qeyd edək ki, görüş 21 noyabr saat 19:00-da Mehdi Hüseynzadə adına stadionda keçiriləcək.