
“Barselona”nın gənc futbolçusu Lamin Yamal ölkədə irqçi hücumlara məruz qalan oyunçular arasında birinci yerdə qərarlaşıb.
Sport1.az “El País” nəşrinə istinadən xəbər verir ki, İspaniyanın irqi ayrı-seçkilik və ksenofobiya müşahidə mərkəzinin (OBERAXE) hesabatına əsasən, sosial şəbəkələrdə qeydə alınan irqçi təhqirlərin 60 faizi məhz Yamala ünvanlanıb.
Gənc futbolçu “Real”ın hücumçusu Vinisius Juniora yönəlmiş təhqirlərin ikiqatına bərabər nifrət ritorikasının hədəfinə çevrilib. Onlayn hücumların əsas dalğası “Qızıl top” mükafatının təqdimetmə mərasimi zamanı baş verib.
Yamal həmin vaxt “qanunsuz miqrant” adlandırılıb və etnik mənsubiyyəti, dərisinin rəngi və dini inancı səbəbindən təhqirlərə məruz qalıb. Halbuki futbolçu İspaniyada doğulub və bu ölkənin vətəndaşıdır.