“Bavariya”nın fransalı müdafiəçisi Dayo Upamekano karyerasını “Real Madrid”də davam etdirməyə yaxındır.Sport1.az xəbər verir ki, Footmercato nəşrinin məlumatına görə, 27 yaşlı futbolçu Madrid klubu ilə şifahi razılığa gəlib.
“Kral klubu” rəhbərliyi Upamekanonu David Alaba və Antonio Rüdigerin potensial əvəzləyicisi kimi görür. Hər iki müdafiəçinin Madrid təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Upamekanonun “Bavariya” ilə müqaviləsi də eyni müddətə qədər qüvvədədir.
Qeyd edək ki, fransalı futbolçu 2021-ci ilin yayında “Leyptsiq”dən “Bavariya”ya 60 milyon avroya transfer olunub. Bu mövsüm Upamekano bütün turnirlərdə 14 oyunda iştirak edib.