"Gəncə"dən növbəti transfer

Bölmə adı ABL
Yayımlandı 25-02-2025, 17:28

“Gəncə” heyətini yeni basketbolçu ilə gücləndirib.

Sport1.az xəbər verir ki, klub ABŞ-dən olan Andre Ballı heyətinə qatıb.

Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb.

206 sm boya malik basketbolçu “Gəncə”nin heyətində 1 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Ball bundan əvvəl “Lənkəran” komandasında çıxış edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR