Millimiz Küveyti darmadağın etdi - MDB Oyunları

Bölmə adı Atçılıq
Yayımlandı 30-09-2025, 13:19

Ölkəmizdə keçirilən III MDB Oyunları davam edir.

Sport1.az xəbər verir ki, Şəkidə baş tutan çövkən yarışlarında 2-ci turun oyunları başa çatdı.

A qrupunda Azərbaycan Küveytlə qarşılaşdı. Qarşılaşma yığmamızın 5:0 hesablı qələbəsi ilə başa çatdı.

Millimiz bu nəticə ilə turnirin yarımfinalına vəsiqəni təmin etdi.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR