"Şəki"nin basketbol komandasının məşqçilər korpusunda dəyişiklik olub.Sport1.az xəbər verir ki, Ceyhun Həsənli əsas kollektivdə çalışacaq. 23 yaşlı məşqçi Bedri Meriçə köməklik edəcək.
Ceyhun Həsənli həm də “Şəki”nin U-12 komandasında işini davam etdirəcək.
Qeyd edək ki, ötən il “Şəki”də köməkçi məşqçi Vüqar Musayev idi.