son dəqiqə SON DƏQİQƏ

“Qarabağ”ın rəqibi futbolçusunu satmayacaq

Bölmə adı İngiltərə
Yayımlandı 10-09-2025, 22:11

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Liverpul” futbolçusu Federiko Kyeza ilə bağlı qərarını verib.

Sport1.az xəbər verir ki, Mersisayd klubu italiyalı cinah oyunçusunu satmayacaq. Bu barədə “Liverpool Echo” portalı məlumat yayıb.

Daha əvvəl Kyezanın klubdan ayrılacağı gözlənilirdi. “Liverpul” futbolçunu Çempionlar Liqası oyunları üçün sifariş etməyib.

“Qarabağ” Liqa mərhələsinin 8-ci turunda İngiltərədə “Liverpul”un qonağı olacaq. Görüş 2026-cı ilin yanvarın 29-da olacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR