son dəqiqə SON DƏQİQƏ

Tuhel İngiltərə millisinin tarixinə düşdü

Bölmə adı İngiltərə
Yayımlandı 10-09-2025, 18:32

İngiltərə millisinin DÇ-2026-nın seçmə mərhələsində Serbiyanı məğlub etməsi (5:0) komandanın baş məşqçisi Tomas Tuhel üçün də əlamətdar olub.

Sport1.az xəbər verir ki, almaniyalı çalışdırıcı tarixi göstəriciyə imza atıb.

İngiltərə millisi Tuhelin rəhbərliyi altında ardıcıl 5 oyunda qol buraxmayıb. İndiyədək komandada heç bir mütəxəssis bunu bacarmayıb.

52 yaşlı Tuhel 2025-ci ilin yanvarından İngiltərə millisini çalışdırı. Onun rəhbərliyi altında komanda DÇ-2026-nın seçmə mərhələsində Albaniya, Latviya, Serbiya, iki dəfə isə Andorra ilə oynayıb. Bu görüşlərdə İngiltərə millisi ümumilikdə 13 qol vurub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR