Sumqayıtlılar millimizin oyununa maraq göstərirlər? - RƏSMİ AÇIQLAMA

Bölmə adı Milli / Manşet
Yayımlandı 22-03-2025, 13:53

Bu gün yoxlama görüşündə Azərbaycan və Haiti milliləri üz-üzə gələcəklər.

Sport1.az xəbər verir ki, qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

Görəsən, oyuna "Gənclik şəhəri"nin sakinləri maraq göstərir? Ümumiyyətlə, Azərbaycan - Haiti matçına nə qədər bilet satılıb?

Sualımızı AFFA-nın mətbuat katibi Elnur Məmmədliyə ünvanladıq:

"Səhər saatlarında satılan bilet sayı 1900 idi".

Qeyd edək ki, Azərbaycan millisi müstəqillik tariximizdə ilk dəfə Sumqayıtda oyun keçirəcək.

Müəllif: Sport1.az