son dəqiqə SON DƏQİQƏ
Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək -

PFL bu klubunun təklifini rədd edib - AÇIQLAMA

Bölmə adı II Liqa / Manşet
Yayımlandı 15-08-2025, 12:11

Bir müddət öncə PFL maraqlı rəsmi saytında maraqlı informasiya paylaşdı.

Həmin məlumatı diqqətinizə çatdırırıq:

“II Liqada 2025-2026-cı illər futbol mövsümündə iştirak edəcək klubların sayı müəyyənləşib. Turnirdə 12 komanda çıxış edəcək. “Qusar” rəsmi müraciətə və dəfələrlə olan xatırlatmalara baxmayaraq, 2025/26-cı il futbol mövsümündə iştirakını təsdiqləmədiyinə görə, eyni zamanda, II Liqanın 2024/25 mövsümündə komandanın oyunlarında dəfələrlə təkrarlanmış neqativ hallar (sistematik şəkildə Əsasnamə tələblərinin pozulması) nəzərə alınaraq, idman prinsipləri rəhbər tutularaq bu komandanı II Liqada ötən il Region Liqasında 3-cü yeri tutmuş “Ağstafa Gəncləri” əvəzləyəcək”.

Turnirdə iştirak etmək üçün bir çox kollektivlər PFL-ə müraciət edib. Lakin qurum idman prinsiplərini əsas götürüb. PFL-ə müraciət edənlərdən biri də “Çinar Zəngilan” olub. Klubun prezidenti Anar Dünyamalıyev Sport1.az-a açıqlamasında məlumatı təsdiqlədi:

“II Liqada mübarizə aparmaq üçün AFFA və PFL-ə rəsmi müraciətlər etmişdik. Hətta 150 min büdcə də göstərmişdik. Yarımpeşəkar liqada iştirakımıza icazə verilmədi. Stadion və digər zəruri tələblərlə bağlı da problem olmayacaqdı. Ev oyunlarımız keçirmək üçün 3 stadionla danışıqlar aparırdıq. Lakin bizim təklifimiz qəbul edilmədi”.

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR