son dəqiqə SON DƏQİQƏ
Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək -

Ştange PFL-də

Bölmə adı Azərbaycan
Yayımlandı 18-06-2025, 22:02

“Azərbaycan–Almaniya Dostluq Həftəsi”çərçivəsində Alman-Azərbaycan Cəmiyyətinin dostu, tanınmış futbol mütəxəssisi Bernd Ştange Peşəkar Futbol Liqasının qonağı olub.
Sport1.az iyunun 18-də baş tutan görüşdə məşqçi ilə yanaşı, cəmiyyətin sədri Çingiz Abdullayev, idarə heyətinin üzvü Rüstəm Rəhimov və tanınmış futbol veteranı Vəli Qasımov da iştirak ediblər. Qonaqları Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov qəbul edib.

Görüş zamanı tərəflər futbolla bağlı ümumi müzakirələr apararaq, xatirələrini bölüşüblər.Cəmiyyətin nümayəndələri səmimi qarşılanmaya görə PFL rəhbərliyinə təşəkkürlərini bildiriblər. Görüşün sonunda Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov qonaqlara Peşəkar Futbol Liqası və Azərbaycan futbolu ilə bağlı xatirə hədiyyələri təqdim edib.

Qeyd edək ki, Alman-Azərbaycan Cəmiyyətinin yaranmasının 35 illiyi münasibətilə 18–22 iyun tarixlərində ölkəmizdə “Azərbaycan–Almaniya Dostluq Həftəsi” keçirilir. Həftə çərçivəsində elm, mədəniyyət və idman sahələrində ikitərəfli münasibətlərin inkişafına həsr olunmuş bir sıra tədbirlər təşkil olunur. Bernd Ştangenin ölkəmizin idman ictimaiyyəti ilə keçirəcəyi görüşlər də bu silsilə tədbirlərə daxildir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR