SON DƏQİQƏ
"Fiorentina"nın hücumçusu Moyze Kin karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sport1.az "Əl Qadisiya" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Kinin klubu ilə müqaviləsində 1-15 iyul tarixləri arasında keçərli olan 52 milyon avroluq sərbəstqalma maddəsi var. Ərəblər 25 yaşlı forvard üçün bu məbləği ödəməyə hazırdır.