son dəqiqə SON DƏQİQƏ
Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək -

"Dinamo" Azərbaycan futbolunun əsas probleminin həlli üçün AFFA-ya müraciət edib - AÇIQLAMA

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 6-06-2025, 18:54

II Liqada mübarizə aparan “Dinamo” 2024/25 mövsümünü 6-cı pillədə tamamladı.

Görəsən, komandanın növbəti ildəki məqsədi nə olacaq?

Bakı təmsilçisi gənc futbolçuların əsgərlik xidmətini “Dinamo”da futbol oynayaraq keçirilməsini istəyir. Bu məsələ həllini nə vaxt tapacaq? Bu sualları aydınlaşdırmaq üçün klubun prezidenti Yaşar Seyidova müraciət etdik.

Bakı təmsilçisinin rəsmisi məsələ ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Ötən mövsümlə müqayisədə bu il daha yaxşı döyüşdük və finişi 6-cı pillədə tamamladıq. Mükafatçılar sırasına düşə bilməməyimizin səbəbi heyətimizin gənc, təcrübəsiz oyunçulardan formalaşması idi. Əsasən Bakının və İsgəndər Cavadov adına Futbol Akademiyasının yetirmələri ilə yola çıxmışdıq. Amma gələn mövsümdən təcrübəli futbolçularla güclənməklə II Liqada çempion olmaq istəyirik.

Digər məsələyə gəlincə, U-21 və U-19 seçmələrimizin üzvlərinin klubumuzda çıxış edərək hərbi xidmət çəkmələri üçün AFFA-ya müraciət etmişik. Komandamız Daxili İşlər Nazirliyinə bağlı olduğundan onların bu işə narazılığı yoxdur. Amma başlıca problem həmin futbolçuların qidalanması, qalacaq yerləri ilə bağlı maddi texniki təminatımızın olmamasıdır. Ona görə AFFA-ya müraciət edərək bu məsələ ilə bağlı onlardan kömək istədiyimizi bildirmişik”.


MİRZƏ S

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR