son dəqiqə SON DƏQİQƏ
Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək -

AFFA millimizin sabiq üzvünün pasportunu əlindən aldı - MÜSAHİBƏ

Bölmə adı II Liqa / Manşet
Yayımlandı 2-06-2025, 20:39

Azərbaycan millisinin sabiq üzvü, hazırda “Hypers Quba”nın formasını geyinən Ruslan Qurbanovun Sport1.az-a müsahibəsi…

- Ruslan pley-offda “Difai”yə uduzaraq I Liqada oynamaq şansını itirdiniz. Qarşılaşma ilə bağlı nə deyə bilərsən?
- “Difai” ilə görüşə ciddi hazırlaşmış və meydana uğur qazanmaq əzmi ilə çıxmışdıq. Təbii ki, I Liqa ilə II Liqa təmsilçisi arasında səviyyə fərqi görsəndi. Rəqib bizi maksimum yoraraq, qapımıza yol tapdı. İlk yarıda istədiyimiz kimi çıxış edə bilmədik. Fasilədən sonra daha yaxşı təsir bağışlasaq da, geridönüş edə bilmədik. Yeganə sevincimiz buraxılan qollardan birinin əvəzini çıxmağımızdır. Fanatlarımızı sevindirmək istəyirdik, amma bunu bacara bilmədik. Qubadan uzaq məsafə qət edərək bizə dəstək vermək üçün gələn azarkeşlərə təşəkkür edirəm.

- Karyeranı bərpa etdin və ölkəmizə qayıtdın. Bu barədə nə deyə bilərsən?
- Azərbaycanı həmişə öz evim bilmişəm. Bu ölkəni və buradakı hər şeyi sevirəm. Azərbaycanda qazandığım nailiyyətlərə görə bu dövlətə çox minnətdaram. “Hypers Quba”dan dəvət gələndə dərhal razılıq verdim. Ailəm üçün də Azərbaycanda yaşamaq xoşdur. Hətta mayın 2-də ikinci övladım – oğlum da dünyaya gəldi. Odur ki, həm Azərbaycanda, həm Qubada olmağıma görə şadam.

- Quba təmsilçisinə keçidində sabiq komanda yoldaşın Cavid İmamverdiyevin rolu oldumu?
- Onunla 15-16 ildir tanışıq, qardaş kimiyik. Əlbəttə ki, komandaya gəlişimdə Cavidin başlıca rolu var.

- Mövsümdəki çıxışını necə dəyərləndirərdin?
- Bacardığım qədər komandaya fayda vermək üçün çalışdım. 3 qol vurub, 5 məhsuldar ötürmə etdim. Düşünürəm ki, pis alınmadı.

- Həm özünün, həm “Quba Hypers”in növbəti mövsümkü hədəfləri barədə nə deyərdin?
- Komanda üçün bu il yaxşı təcrübə oldu. Düşünürəm ki, qubalılar gələn mövsüm daha iddialı olacaqlar. Özümə gəlincə, böyük ehtimal “Hypers Quba”da çıxış etməyəcəm. Çünki II Liqada legionerlərin çıxışına icazə verilmir. Mənim də Azərbaycan pasportum gələn ildən olmayacaq.

- Axı, sən millidə çıxış etmisən və Azərbaycan vətəndaşısan. Pasportun necə olmaya bilər?
- Federasiya Azərbaycan pasportunu təhvil verməli olduğumu bildirdi. Mənə dedilər ki, yalnız yığmada çıxış edənlər bu pasportu daşıya bilər. Ona görə də onu geri qaytarmalıyam.

- Azərbaycan vətəndaşlığının alınması səni məyus edir?
- Əlbəttə ki, yenidən Azərbaycan pasportuna sahib olmaq istərdim. Amma görünən odur ki, hələlik bu mümkün deyil. Legioner kimi isə ancaq I Liqada çıxış edə bilərəm. Təklif olsa, dəyərləndirəcəm.

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR