son dəqiqə SON DƏQİQƏ
Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək -

Karyerasını bitirən Vüqar Mustafayev nə işlə məşğul olacaq? - ÖZÜ AÇIQLADI

Bölmə adı Premyer Liqa
Yayımlandı 28-05-2025, 22:17

“Sumqayıt”ın kapitanı Vüqar Mustafayev Sport1.az-a müsahibəsi...

- Həm özün, həm də komandan üçün mövsümü necə xarakterizə edərdin?
- Bu il mübarizəyə Konfrans Liqasından başladıq. Məqsədimiz yaxşı mübarizə aparıb, mərhələ keçmək idi. Amma istəyimizi reallaşdıra bilmədik. Ona görə də bütün fikrimizi çempionata fokusladıq ki, ötən mövsümdəki uğurumuzu təkrarlayaraq yuxarı pillələrdə qərarlaşaq. Mübarizəyə yaxşı başlasaq da, ardını gətirə bilmədik və müəyyən qədər eniş yaşadıq. Amma əsas odur ki, komandanın Premyer Liqada qalmasını təmin etdik. Növbəti mövsümdə “Sumqayıt”ın daha yaxşı çıxış edəcəyinə inanır və kollektivə uğurlar arzu edirəm. Özümə gəlincə, aldığım zədələrə və onların nəticəsindəki ağrılara görə kənarda qaldım. Nə qədər bərpa prossesi keçsəm də, ağrılarım səngimədi. Belə olduqda karyeramı yekunlaşdırmaq qərarına gəldim.

- Karyeranı sonlandırmaqla bağlı verdiyin qərar erkən olmadı?
- Düzdür. Lakin zədə və ağrılarıma görə məcbur idim. Sağlamlığım imkan versəydi, hələ karyeramı uzun illər davam etdirəcəkdim.

- Bundan sonra nə işlə məşğul olacan?
- Məşğuliyyətim yenə futbol ilə bağlı olacaq. Məşqçilik kurslarına qoşulacam. Millidə oynadığım üçün C kateqoriyam var. Buna baxmayaraq, özümü daha da təkmilləşdirməliyəm.

MİRZƏ S

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR