SON DƏQİQƏ
"Sumqayıt"dan ayrılacaq növbəti futbolçunun adına aydınlıq gəlib.
Sport1.az xəbər verir ki, "kimyaçılar" Miloş Miloviç ilə vidalaşıb.
Müqavilə müddəti başa çatan 29 yaşlı oyunçu ilə yeni saziş imzalanmayacaq.
Monteneqrolu müdafiəçi 2024-cü ilin sentyabrında “Sumqayıt”a keçmişdi. Onun komanda ilə müqaviləsi iyun ayına kimi idi.
Qeyd edək ki, Miloviç "Gənclik şəhəri" təmsilçində 17 oyuna çıxıb və bu qarşılaşmalarda fərqlənməyi bacarmayıb.
MURAD ABDULLAZADƏ