son dəqiqə SON DƏQİQƏ
Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək -

Azər Bağırov: “Bizdə nədənsə, zəiflərə qarşı antipatiya var”

Bölmə adı Premyer Liqa
Yayımlandı 18-05-2025, 21:17

Misli Premyer Liqasının 35-ci turunda "Qarabağ" "Kəpəz"i 3:0 hesabı ilə məğlub etdi.

Sport1.az xəbər verir ki, görüşdən sonra qonaqların çalışdırıcısı Azər Bağırov mətbuat konfransında çıxış etdi.

Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:

"Qarabağ"ı təbrik edirəm. İllərdir ki, onlara döyüş verən komandalar yoxdur. Allah qoysa, gələcəkdə yaxşı olar. Komandaların büdcəsi yüksələr, yaxşı mübarizə görərik. Rəqibə çatdıra bilmədik. Bu da ehtiyat skamyamızın kasadçılığından irəli gəlir. Bunları aradan qaldırmaq olar".

- Yeni mövsümlə bağlı planlar necədir?
- Hər şey yaxşıdır. Üçüncü və dövründü dövrədən oyun, xal baxımından irəliləyiş var. İlk hissədə "Qarabağ"a yaxşı müqavimət göstərdik. Sonuncu oyundan sonra bəzi məsələləri bir yerdə həll edəcəyik.

- Hakim VAR-a gedəndə, nə düşündüz?
- Bilirəm ki, VAR-a gedəndə müsbət qərar rəqib tərəfə verilir. Bizdə əksinə oldu. Yəqin ki, hakimlərin bildiyi nəsə var. Rəvan Həmzəzadə güclü hakimlərimizdən biridir. Üçüncü dəfədir ki, "Qarabağ"la oyunumuzu idarə edir. Tovuzdakı 0:5 hesablı məğlubiyyətimizdə də Rəvan idi. Sağ olsunlar. 34 milyonluq "Qarabağ"a qarşı 3 milyonluq "Kəpəz" oynayanda simpatiyanı bu tərəfə etmək olar. Bizdə nədənsə, zəiflərə qarşı antipatiya var. Başa düşmürsən ki, niyə belə olur? Həmişə zəifin tərəfində oluruq. Güclünün tərəfində olmağa nə var ki? Doğru deyil. Yəqin ki, bildikləri nələrsə var.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR