SON DƏQİQƏ
Misli Premyer Liqasının 35-ci turunda "Zirə" "Sabah"la heç-heçə etdi - 1:1.
Sport1.az xəbər verir ki, oyundan sonra qonaqların çalışdırıcısı Vasili Berezutski mətbuat konfransında iştirak etdi.
Mütəxəssis heç-heçə barədə bunları söylədi:
"Biz yaxşı oynadıq, daha çox qol imkanı yaratdıq. Təəssüf ki, onlardan yararlanmaq olmadı. Nəticədən razı deyiləm".
- Kubokun finalı yaxınlaşdıqca, həyəcan artır?
- Biz çempionatda bütün şanslarımızı itirmişik. Finala çıxdıqdan sonra ora fokuslanmışıq. Ora hazırlaşırıq. Çempionatı da oynayırıq, “Neftçi” ilə oyunumuz var. Bütün matçları udmaq istəyirik.
- “Neftçi” ilə oyun final öncəsi xeyrinizə, yoxsa ziyanınıza?
- Biz istənilən matçda qalib gəlmək istəyirik. Çünki oyundan qalib ayrılsaq, bizə daha çox əminlik verəcək.