son dəqiqə SON DƏQİQƏ
Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Premyer Liqa klublarının yay transferləri Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq -

"Araz-Naxçıvan" tilsimi qıra biləcəkmi? - AFİŞA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 11-05-2025, 14:30

Misli Premyer Liqasında 34-cü turun mərkəzi görüşündə "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək.

Sport1.az xəbər verir ki, oyun artıq çempionluğu təmin etmiş "köhlən atlar" üçün formal xarakter daşıyır. Lakin Naxçıvan təmsilçisinin mövqeyini 6 xal geridə olan "Turan Tovuz"a qarşı az da olsa, itirmə ehtimalı var. Bürünc medalı qaranti altına almaq üçün qonaqlar meydandan sərfəli nəticə ilə ayrılmalıdır.

Bu tərəflər arasında 12-ci qarşılaşma olacaq. Son oyunda Ağdam təmsilçisi səfərdə rəqibinin qapısından 3 top keçirməklə qələbə qazanıb - 1:3.

Öncəki oyunların 7-də meydan sahibləri qalib gəlib, 3-də isə qonaqlar 3 xala sevinib. 1 matçda isə bərabərlik qeydə alınıb.

Bu oyuna qədər Qurban Qurbanovun yetirmələri rəqib qapısına 24 dəfə yol tapıb. Qonaqlar isə buraxılan qollardan cəmi 13-nün əvəzini çıxa bilib.

"Araz-Naxçıvan" son 4 oyunda heç bir komandaya qalib gələ bilməyib. Sizcə, "ağ-qırmızılar" uğursuz seriyasına bu gün son qoya biləcək?

MURAD ABDULLAZADƏ

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR