Azərbaycan Kubokunun final matçının keçiriləcəyi stadion müəyyənləşib.
Sport1.az xəbər verir ki, həlledici qarşılaşma Gəncə şəhər stadionunda baş tutacaq.
Bu barədə Peşəkar Futbol Liqasının Prezidenti Elxan Səmədov "Facebook" hesabında məlumat verib:
"Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə Azərbaycanın futbol tarixində ilk dəfə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək.
Bu işdə dəstək olan gənclər və idman naziri Fərid Qayıbova dərin təşəkkürümü bildirirəm. Tarixi məkanda tarixi matçda görüşənədək".
Xatırladaq ki, kubokun final görüşü 2027-ci ilin mayın 12-də keçiriləcək.