son dəqiqə SON DƏQİQƏ
“Qarabağ” 3 xalı 1 qolla qazanıb Qurban Qurbanov: “Keyfiyyətli futbol oynamaq bizim borcumuzdur” Zaur Həşimov: “Tovuzda daha güclü “Şəfa” görəcəksiniz” “Neftçi”dən inamlı qələbə "Neftçi" Qəbələdən 3 xalla qayıdıb, "Qarabağ" da turu qalib başa vurub Amil Ağacanov: “Bizim üçün ağır məğlubiyyət oldu” Vernidub: “Qəbələdə oynamaq hər zaman çətindir” "Kubokda bacardığımız qədər irələmək niyyətindəyik" Nazir idman federasiyalarının nümayəndələri ilə görüşüb Gəncə derbisi keçiriləcək “Qarabağ” - “Şəfa”: I Liqa: "Xankəndi" MOİK-ə uduzub "Naxçıvan"dan növbəti transfer "Qəbələ" - "Neftçi": "Neftçi" yoxlama matçına çıxacaq "Turan Tovuz"un qapıçısı yığmada "Neftçi"nin futbolçusu ölkəsinə getdi Millimiz Dünya Çempionatına hazırlığı Göygöldə keçirəcək Cüdo üzrə Dünya Çempionatı: Millimizin ilkin heyəti açıqlanıb "Karvan-Yevlax"da ayrılıq "Kəpəz"də yeni ANLAŞMA Puxaç 2 il sonra yenidən millidə Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin cütləri müəyyənləşib Azərbaycan Kuboku: 1-ci təsnifat mərhələsinin cütləri müəyyənləşib Azərbaycan Kuboku: Püşkatma 4 səbət əsasında keçirilir Tahir Gözəl bu bankın rəhbəri oldu Millimizin heyəti açıqlandı "Formula 1"ə görə bağlanacaq küçə və prospektlərin siyahısı açıqlandı

Cüdo üzrə Dünya Çempionatı: Bakıya gələcək idmançıların sayı açıqlanıb

Bölmə adı Cüdo
Yayımlandı 17-09-2026, 12:59

Bakıda böyüklər arasında keçiriləcək cüdo üzrə Dünya Çempionatında iştirak edəcək ölkə və idmançıların sayı açıqlanıb.

Sport1.az xəbər verir ki, oktyabrın 4-dən 10-nə qədər davam edəcək turnirdə beş qitəni təmsil edən 83 ölkədən ümumilikdə 531 cüdoçunun iştirakı nəzərdə tutulub.

Onlardan 277-si kişi, 254-ü qadın idmançıdır. Avropa Cüdo İttifaqına daxil olan ölkələr çempionatda 254, Asiya Cüdo İttifaqının üzvləri isə 154 idmançı ilə təmsil olunacaq. Panamerika Cüdo Konfederasiyasından 77, Afrika Cüdo İttifaqından 34, Okeaniyadan isə 12 cüdoçu Bakıya gələcək.

Dünya çempionatında kişilər arasında 60, 66, 73, 81, 90, 100 və +100 kq, qadınlarda isə 48, 52, 57, 63, 70, 78 və +78 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Yarışın ilk günündə kişilərin 60 kq və qadınların 48 kq, sonuncu günündə isə müvafiq olaraq +100 kq və +78 kq çəki dərəcələrində mübarizə aparılacaq.

Milli Gimnastika Arenasında təşkil olunacaq mundialın yarış proqramı yeddi gün nəzərdə tutulub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR