SON DƏQİQƏ
“Şimal” heyətini yeni futbolçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, Şüvəlan təmsilçisi Malinin U-17 millisinin üzvü Moustapha Niambeleni transfer edib.
19 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Niambelenin karyerası ərzində Malinin “Bomisala”, Kot-d’İvuarın “US Yamoussoukro” və “Sirocco FC” komandalarında çıxış edib. O, “Şimal”da 14 nömrəli forma ilə mübarizə aparacaq.