“Gəncəbasar” heyətini yeni futbolçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, bölgə təmsilçisi “Qəbələ”dən Paolo Quimbilanı bir illik icarəyə götürüb.
20 yaşlı yarımmüdafiəçi karyerasını “Gəncəbasar”da davam etdirəcək.