son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

"Bu seriyanı mövsümün sonuna kimi davam etdirə bilsək..." - MÜSAHİBƏ

Bölmə adı Qarabağ / Manşet
Yayımlandı 14-09-2026, 11:18

"Qarabağ" Misli Premyer Liqasının 5-ci turunda "Zirə" ilə qarşılaşıb - 1:1.

Həmin görüşdən sonra Ağdam təmsilçisinin futbolçusu Bense Varkonyinin Sport1.az-a müsahibəsini təqdim edirik:

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Qalib gəlmək istəyirdik. Bunun üçün çox çalışdıq. Qalib gəlməyin yollarını axtarırdıq. Daha diqqətli olmalıyıq. Rəqib də yaxşı çıxış etdi. Ümumiyyətlə, Zirədə oynamaq asan deyil.

- Sizcə, "Qarabağ" bu matçda qələbə layiq idi?

- Oyuna biz nəzarət edirdik, topa daha çox yiyələnirdik. Qalib gəlmək üçün çox çalışırdıq. Üstünlük bizim tərəfimizdə idi. Lakin hesabı açan tərəf rəqib oldu. Sonradan hesabı bərabərləşdirdik. İkinci qolu vurmaq üçün çox çalışdıq.

- Bəs 3 xal qazanmaq üçün nə çatmadı?

- Bu da oyunun bir hissəsidir. Məşqlərimizi davam etdirməliyik. İşimizə fokuslanmalıyıq. Başqa heç nə düşünməməliyik. Hələ də məğlubiyyətsiz olduğumuz üçün sevinməliyik. Bu seriyanı mövsümün sonuna kimi davam etdirsək, əla olar.

- “Qarabağ” mövsümün sonunda turnir cədvəlində "Sabah"ı qabaqlaya bilər?

- Əlbəttə. Bizim məqsədimiz də məhz budur. Çempionatın qalibi olmaq istəyirik. Təbii ki, “Sabah” yaxşı komandadır, Çempionlar Liqasında oynayırlar. Lakin digər rəqibləri də unutmaq olmaz. "Zirə" də yaxşı oynayır. Həmçinin “Neftçi”yə qarşı oyunumuz da çətin keçəcək. İndi yalnız oyundan-oyuna, irəli baxmalı, inkişaf etməliyik.

- Azərbaycan Premyer Liqasının səviyyəsini necə dəyərləndirirsiniz?

- Fərqli çempionatdır. Hər komanda heyətini yaxşı futbolçularla gücləndirməyə çalışır. Eləcə də gənc futbolçuların səviyyəsi yüksəkdir.

- Bəs Azərbaycan Premyer Liqasını daha əvvəl çıxış etdiyiniz Macarıstan çempionatı ilə necə müqayisə edərdiniz? Hansı fərqlər var?

- Azərbaycanda hər oyun fərqlidir. Lakin indidən bu suala dəqiq cavab verə bilmərəm. Bir dövrə oynayaq, qətiləşdirərik.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR