son dəqiqə SON DƏQİQƏ
Çempionlar Liqası: Pley-offun ilk oyunları yekunlaşıb - UEFA Çempionlar Liqası: “Sabah” "Hapoel"lə bacarmadı - İtaliya millisinin üzvü “Aston Villa”da “Braqa”da çıxış edəcək “Qarabağ” - “Tvente” oyununun biletləri satışda Məşqçi kursları start götürüb “Hapoel” - “Sabah”: Qubada III “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək Səudiyyə Ərəbistanınında çıxış edəcək Güləşçimiz ardıcıl ikinci dəfə dünya çempionu oldu “Səbail” Türkiyə klubu ilə heç-heçə edib “Fənərbağça”da növbəti ayrılıq “Jirona”dan ayrıldı 19 yaşlı portuqaliyalı “Roma”da “Fənərbağça”dan İngiltərə klubuna Taekvondoçumuz Pakistanda bürünc medal qazanıb "Zaqatala" yoxlama oyununa çıxır Azərbaycan taekvondoçuları Ankarada hazırlıq keçirlər Karateçilərimiz üçün ilin son sınağı "Neftçi" gələcəyini söyləsə də, transferi baş tutmadı - Avropa Çempionatının maskotları Bu futbolçu üçün "Qarabağ" 2 milyon avro tələb olunur - "Qarabağ" Niderlanda yollanıb Ozan Can Kökçü üzr istədi "Gəncəbasar"ın baş məşqçisinin adı bu tarixdə müəyyənləşəcək 1 güləşçimiz qızıl, 2-si bürünc medal görüşünə çıxır - "Qarabağ" "Tvente" ilə duelə daha bir ciddi itki ilə çıxa bilər Millimizin üzvləri Prezident Kubokunda mübarizəyə başlayır

Qurban Qurbanov: “Azərbaycan klublarında böyük inam yaranıb”

Bölmə adı Qarabağ / Konfrans Liqası
Yayımlandı 13-08-2026, 23:05

Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Dinamo” (Kiyev) oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Futbolçularımı təbrik edirəm. Gedişatdan da hiss olunurdu ki, gərgin oyundur. Rəqib məğlub olmaq istəmirdi. Həm topla, həm topsuz düzgün davranış göstərdik. Vacib qələbə oldu. Azarkeşlərimizə də təşəkkür edirəm. Çempionlar Liqasındakı kimi möhtəşəm atmosfer yaratdılar. “Dinamo”ya uğurlar arzu edirəm. Belə rəqibə qarşı oynamaq, qələbə qazanmaq xoş oldu. Maraqlı və vacib qalibiyyət oldu.

– Birinci və ikinci oyun arasında hansı fərqlər var idi?
– Bu gün daha aktiv oynadıq, pressinqlərimiz yaxşı alınırdı. Topla doğru və daha tez davranıb, hücumlar qururduq. Sadəcə 2:0-dan sonra dəyişikliklər oldu. Belə isti havada 90 dəqiqə tempi saxlamaq asan deyil. Ümumi oyunumuzdan razı qaldım.

– Koxalskinin startda olmaması komandadan ayrılması ilə bağlı idi?
– Durumu yaxşıdır. Ayrılmağı ilə bağlı hansısa bir fikir, danışıq yoxdur. Bəzən futbolçular üçün istirahət də önəmli olur. Zlomisliçə şans verməyi düşündük və pis dəyərləndirmədi. Onun oynamasının risk olacağını düşünmürdük. Oynamaq üçün buraya gəlib.

– Bu mövsümün ən çox razı qaldığınız oyunu bu idi?
– Qələbə olanda həmişə daha çox razı olursan. İki oyunda da hücumlar qurmağa çalışdıq. ÇSKA ilə 120 dəqiqəlik matçda daha bərk, dözümlü olduğumuzu düşünürəm. Hər oyunun öz dəyəri var. Qələbə bəzən çox şeyi üstələyir. Getdikcə yaxşılığa doğru gedəcəyik.

– “Tvente”yə qarşı hansı planla oynayacaqsınız?
– Hələ tam təhlil etməmişəm. Vurduqları qollara baxmışam. Niderland futboluna xas hücumlar qururlar. Tariximizdə qrup mərhələsinə ilk düşəndə məhz “Tvente”ni keçmişdik. Bu dəfə də daha çox düşünməli olacağıq. Onlarla oyunda topla və ya topsuz çox hərəkət etməliyik.

– Bəzi anlarda kənara gələn futbolçular azı bir dəqiqə gözləməli olur. Futbola gətirilən bu yeni qayda ilə bağlı fikirləriniz nədir?
– Hakimlər də belə halları başa düşməlidir. Hava isti, temp yüksək. Zubirin çox vaxt apardığını düşünmürəm.

– Zlomisliçin oyununu necə dəyərləndirirsiniz?
– Risk etməyən qəhrəman olmaz, deyirlər. Onun avrokubok təcrübəsi ilə bağlı problemi yoxdur. Eyni zamanda dünya çempionatında Bosniya millisinin düşərgəsində yer alıb. Bunun özü böyük təcrübədir.

– Elvin açıqlama verib ki, bir neçə ay asfaltda məşq etmişəm, hələ tam hazır deyiləm.
– Bəlkə də, daha çox asfaltda məşq etməlidir (gülür). Amma düzü, məncə asfaltda məşq etməyib. İndividual hazırlaşıbsa, deyə bilmərəm. Faydası olacaqsa, tez-tez asfalta göndərərik.

– “Sabah”ın prezidenti Maqsud Adıgözəlov deyib ki, qarşımızda “Qarabağ” olduğu üçün biz bu yerlərə gələ bilmişik. “Sabah”la aranızdakı rəqabət futbolun inkişafına necə təsir edəcək?
– Rəqabət olmazsa, futbol inkişaf etməz. Debüt ilində Çempionlar Liqasında pley-offa yüksəlmək böyük uğurdur. Həm oyun var, həm nəticə. “Sabah”da planlı işlər görülür. Hər komandanın yüksəlişi bizə motivasiya verir. Azərbaycan klublarında artıq böyük inam yaranıb. Biz şansımızdan istifadə etdik, illərlə avrokuboklarda oynadıq. Bu gün “Sabah” bunu təkrarlayırsa, deməli, inam yaranıb. Bəlkə, sponsorların da marağı artar. Futbolumuzun canlanmasını, azarkeşlərin stadionlara gəlməsini istəyirik. “Sabah” artıq qrupları təmin edib, bizim də şansımız var. İki komandanın Avropada təmsil olunması gözəl olar.

– Həm “Sabah”, həm siz pley-offda ilk oyunu səfərdə, cavabı Bakıda keçirəcəksiniz. “Sabah”ın da oyununun Tofiq Bəhramov adına Respublika stadionunda olacağını nəzərə alsaq, ardıcıl oyunlar arenada problem yaratmaz?
– Meydançanın durumu bu gün də bizi narahat edir. Stadiona baxan işçilər çox çalışırlar. Məncə, bir yol tapacağıq. Təki belə problemlərimiz olsun.

– Konfrans Liqasında şanslarınız necədir?
– Qarşıda iki oyun var. Şanslardan maksimum yararlanmağa çalışacağıq. Həm hücumda, həm yarımmüdafiədə çatışmazlıqlar var. Ümumi olaraq, hər mövqe üçün əlavə bir oyunçunun olmasını istərdim.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR