Azərbaycan II Liqasında mübarizə aparan "Şəmkir" özünə yeni sponsor tapıb.
Sport1.az xəbər verir ki, bölgə təmsilçisi "HYDEX Logistics" şirkəti ilə anlaşıb.
Tərəflər arasında imzalanan müqavilə qarşıdakı mövsümü əhatə edəcək.
Logistika kompaniyası "Şəmkir"in baş sponsoru kimi əməkdaşlıq çərçivəsində klubun yeni mövsümdə fəaliyyətinin və inkişafının təmin olunmasına töhfə verəcək.