son dəqiqə SON DƏQİQƏ
Aaron Maluda: “Bazel”in ambisiyaları mənim məqsədlərimlə üst-üstə düşür” ÇSKA-nın baş məşqçisi: “Güclü tərəflərimizi nümayiş etdirməliyik” Tahir Gözel Bolqarıstana yollanıb I Liqada çıxış edəcək UEFA-dan FİFA-nın Dünya Kuboku planına sərt reaksiya “Sabah”dan “Bazel”ə İcra başçısı "Kəpəz"in İdarə Heyətinin sədri ilə görüşdü Daha 5 il “İnter”də DÇ-nin qəhrəmanı yeni klubunu tapdı “Payde”nin baş məşqçisi: “Nə etmək lazım olduğunu bilirik” Cüdo üzrə Liqa yarışının III turu start götürüb "Tarixin yazıldığı sehrli bir gecə" İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi Millimizin üzvü Macarıstanda legioner həyatı yaşayacaq "Qarabağ"ın sabiq qapıçısı Super Liqa klubu ilə müqavilə imzaladı Federasiya tərəfindən Gədəbəydə taekvondo tədbiri keçiriləcək "Qarabağ" Bolqarıstana yollandı Premyer Liqa klublarının yay transferləri "Şəfa" müdafiəçisi ilə vidalaşdı "Zirə"nin müdafiəçisi: "Biz də bütün hazırlıqlarımızı bu yöndə aparmışıq" "Avrokuboka görə daxili çempionatı qurban vermək istəmirik" "Neftçi" Bolqarıstanda "Xankəndi"də yeni təyinat Neymar karyerasını başa vurdu Azərbaycan klubu braziliyalı məşqçi ilə müqavilə imzaladığını açıqladı AMADA-nın icraçı direktoru tələbələrlə görüşüb "Bununla kifayətlənməyəcəyik" Liqa mərhələsini təmin edən klubların adı müəyyənləşdi

Qurban Qurbanov: “Kombinasiyaları davamlı yerinə yetirə bilmirik”

Bölmə adı Avropa Liqası
Yayımlandı 22-07-2026, 19:37

Avropa Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – ÇSKA (Bolqarıstan) oyunundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

“Sabah” dünən qələbə qazandı, onları təbrik edirəm. Bu gün də “Neftçi”yə uğurlar arzu edirəm. Oyunumuza gəlincə, düşünürəm ki, yaxşı hazırlaşmışıq. Fərqli rəqibdir, fərqli üslubları var. İlk dəqiqələrdən çox diqqətli və məsuliyyətli olmalıyıq”.

– Artıq iki oyun keçirmisiniz. Sistem istədiyiniz kimi işləyir?
– Tam deməzdim, amma yaxşılığa doğru gedir. Çox istərdim ki, istədiyimizi 90 dəqiqə meydanda edə bilək, lakin bəzi məqamlarda çatışmazlıqlar var. Düşündüyümüz kombinasiyaları davamlı yerinə yetirə bilmirik. Getdikcə daha yaxşı olacağıq. Avropada hər rəqib fərqlidir, buna görə tez-tez meydanda nələrisə dəyişməli oluruq. Hər bir halda, ümumi olaraq, işlər yaxşılığa doğru gedir.

– ÇSKA ilə oyun “Qarabağ”ın indiki gücünü göstərəcək?
– Komandanın oyununu stabilləşdirmək, yaxşılaşdırmaq elə də asan deyil. Çünki hazırlıq planında bəzən çatışmazlıqlar olur. Futbolçular eyni səviyyədə görünmür. Həm də yayda isti havanı nəzərə alsaq, dinamikanın aşağı düşməsi normaldır. İllərdir, bunu yaşayırıq və təcrübəmiz var. Bu mövsüm komandada çox dəyişiklik oldu, bunun hansısa təsiri ola bilər. Tam formaya düşəcəyimiz vaxtı demək olmur. Əminəm ki, getdikcə daha yaxşı olacağıq.

– Heyətlə bağlı problemlər var? Dani Bolt niyə sifariş ərizəsində yoxdur?
– Bolt məsələsində ciddi nüans yoxdur. Sadəcə müəyyən limit var. Avropa oyunlarında tez-tez belə dəyişikliklər ola bilər. Eyni hal çempionat oyunlarında da yaşana bilər.

– Montiel niyə əvəzedici komandaya göndərilib?
– Montiel əsas komandadadır.

– PFL yeni mövsümdə VAR-la bağlı müəyyən qaydalar tətbiq ediləcək. Məsələn, sarı vərəqə və künc zərbələrinə görə də sistemə müraciət edilə bilər. Sizin bu qərara münasibətiniz necədir?
– Komandada nə qədər çox futbolçu olursa, problem də çoxalır. Hakimliklə bağlı da nə qədər detallar əlavə edilsə, bir o qədər narazılıq artacaq. VAR gələndən referilərdən şikayətlər çoxalıb. Hər xırda detal özlüyündə əlavə problem gətirir. Məncə, problemlər və mübahisəli vəziyyətlər daha çox olacaq.

– ÇSKA iki gün əvvəl liqada oyuna çıxıb. Bu, sizin lehinizədir?
– Bu suala cavab vermək çətindir. Açığı, mən də istərdim, arada bir oyun keçirək, futbolçuların praktikası artsın. İndiki məqamda oyun sayı nə qədər çox olarsa, faydası da o qədər artar.

– Transferlərlə bağlı yenilik var?
– Dəqiq bir şey yoxdur. İşimiz davam edir. Yeni transfer üçün çalışırıq, alınsa edəcəyik.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR