SON DƏQİQƏ
Dortmund “Borussiya”sının futbolçusu Kərim Adeyemi “Barselona”ya transferinə bir addım da yaxınlaşıb.
Sport1.az xəbər verir ki, 24 yaşlı cinah oyunçusu Kataloniya klubu üçün tibbi müayinədən uğurla keçib və 5 illik müqaviləyə imza atıb.
Transferin rəsmi açıqlamasının iyulun 18-də veriləcəyi gözlənilir. Adeyemi həmin gün yeni komandasında ilk məşqinə də çıxa bilər. Futbolçunun rəsmi təqdimatı isə klub rəhbərliyi ABŞ səfərindən qayıtdıqdan sonra, gələn həftə baş tutacaq.