son dəqiqə SON DƏQİQƏ
ÇL: “Sabah” növbəti mərhələdə “Nyukasl”da yeni müqavilə “Yunayted”dən ayrılır? Portuqaliyalı vinger “Qəbələ”də Dünya çempionu əməliyyat olunub Kamandan oxatma üzrə ölkə çempionatı və kuboku keçiriləcək İtaliya millisində 2-ci Roberto Mancini dönəmi başladı "Məsuliyyətim daha da artdı" Azərbaycan klubu məşqçisi ilə bağlı yekun qərarını açıqladı "Sabah" bu futbolçunu 3 milyona satdı Millimiz Portuqaliyanı məğlub etdi "Bütün futbol ictimaiyyəti "Sabah"a inanır" "İmişli"nin akademiyasında AFFA tərəfindən təlim keçirildi Premyer Liqa klubu ev oyunlarını Qəbələdə keçirəcək Türkiyə klubunun Yankoviç israrı "Beşiktaş" Məhəmməd Salahın transferi ilə bağlı açıqlama yaydı "Qarabağ" yeni müqavilə bağladı "İmişli" "Karvan-Yevlax"la üz-üzə DÇ-2026-da məşhurlaşan qapıçı yeni klubunda qadağa ilə üzləşdi Vinisius Junior "Real"ın heyətində məşqlərə çıxmayacaq - "Top-5" liqalarda yay "transfer pəncərəsi" nə zaman yekunlaşacaq? Zidan millinin baş məşqçisi oldu "Qarabağ"ın avrokuboklarda ən çox qol vuran futbolçularının sıralaması AFFA daha bir vebinar təşkil etdi Çiçarito okeanın o tayına gedir "Qalatasaray" yenə məğlub oldu DÇ-2026-nın ən yaxşı qolu - UEFA Konfrans Liqası: İkinci raundun cavab qarşılaşmalarına start verilir

AL: "Qarabağ"ın oyununun biletləri bu tarixdə satışa çıxarılır

Bölmə adı Qarabağ / Avropa Liqası
Yayımlandı 18-07-2026, 09:50

"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Bolqarıstan) ilə matçının biletləri satışa çıxarılır.

Sport1.az xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 15:00-dan etibarən onlayn qaydada əldə edə bilərlər.

Standart biletlərin qiyməti 5, 10, 15 və 20 AZN olacaq.

VIP sektorlar 50, 75 və 100 AZN, VVIP biletlərin qiyməti isə 150 AZN təşkil edəcək.

VVIP sektora bilet əldə etmiş azarkeşlər üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ" FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR