SON DƏQİQƏ
Konfrans Liqasında I təsnifat mərhələsinin cavab matçları keçirilir.
Sport1.az xəbər verir ki, dünən Kosovonun "Malişeva" və Albaniyanın "Vllaznia" klubları üz-üzə gəlib. Görüş Vüsal İsgəndərlinin üzv olduğu komandanın 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin üzvü oyuna start heyətində başlayıb və 45+2-ci dəqiqədə vurulan ikinci qolda məhsuldar ötürmə müəllifi olub. Azərbaycanlı futbolçu 68-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, ilk görüşdə "Vllaznia" "Malişeva"nı 2:1 hesabı ilə məğlub etmişdi.