“Bavariya” onu satmaq fikrindən daşındı

Bölmə adı Almaniya
Yayımlandı 14-07-2026, 22:55

“Bavariya” müdafiəçisi Kim Min Ceylə bağlı qərarını dəyişib.

Sport1.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

Mənbənin iddiasına görə, Münhen təmsilçisi daha əvvəl cənubi koreyalı futbolçu ilə yollarını ayırmağı planlaşdırsa da, baş məşqçi Vensan Kompaninin istəyi bu qərarı dəyişib.

Belçikalı mütəxəssis komandanın geniş heyətə malik olmasının vacibliyini vurğulayıb və Kim Min Ceyin klubda qalmasını istəyib.

28 yaşlı müdafiəçi 2023-cü ildən “Bavariya”nın formasını geyinir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR