UEFA Konfrans Liqası: 1-ci təsnifat mərhələsinin cavab oyunları başlayır

Bölmə adı Konfrans Liqası
Yayımlandı 14-07-2026, 11:40

Bu gün UEFA Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.

Sport1.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

"La Fiorita" (San Marino) doğma azarkeşlər önündə "UNA Strassen"lə (Lüksemburq) qarşılaşacaq.

İlk duel Lüksemburq təmsilçisinin 1:0 hesablı qələbəsilə yekunlaşıb.

Xatırladaq ki, növbəti oyunlar 15-16 iyulda keçiriləcək.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR