Türkiyə Super Liqasında mübarizə aparan "dörd böyüklər"in ən dəyərli futbolçularının adları açıqlanıb.
Sport1.az xəbər verir ki, "Beşiktaş"ın heyətində bu göstəricidə önə çıxan futbolçu Orkun Kökçüdür (25 milyon avro).
Nigeriya millisinin üzvü Viktor Osimhen "Qalatasaray"ın heyətində ən dəyərli oyunçu olub (75 milyon avro).
"Fənərbağça"dan Matteo Gunduzi (27 milyon avro), "Trabzonspor"dan isə Krist İnao Ulay (23 milyon avro) önə çıxıb.