Ölüm təhdidi alan futbolçu: "Bu addım heç nəyə bəraət qazandırmır"

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 11-07-2026, 17:20

"Mən də acı məğlubiyyətin kədərini yaşayıram. Biz də komanda olaraq yola davam etmək istəyirdik. Azarkeşləri xoşbəxt edə bilmədiyim üçün səmimi qəlbdən üzr istəyirəm".

Sport1.az xəbər verir ki, bu sözləri Kolumbiya milli komandasının futbolçusu Xaminton Kampas deyib.

O, DÇ-2026-nın 1/8 final mərhələsinin İsveçrə ilə matçının 114-cü dəqiqəsində real qol epizodunu düzgün dəyərləndirə bilmədiyi üçün azarkeşləri hiddətləndirib.

Fanatlar 26 yaşlı futbolçunu sosial şəbəkə ölümlə təhdid ediblər:

"Gözəl Kolumbiyam, bir-birimə qarşı olan hörməti heç vaxt itirməyək, xahiş edirəm. Fərqli düşünə, məyus ola və kədərlənə bilərik. Lakin bu addımız heç nəyə bəraət qazandırmır".

Xatırladaq ki, Kolumbiya - İsveçrə oyunu 0:0 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan Avropa təmsilçisi mərhələ adlayıb (4:3).

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR