"Atletiko" Portuqaliyanın "Sportinq" klubundan 40 milyon avroya futbolçu transfer edib.
Sport1.az xəbər verir ki, Madrid təmsilçisi 27 yaşlı yarımmüdafiəçi Morten Yulmannla 5 illik sözləşmə imzalayıb.
2023-cü ildən Lissabon klubunun formasını geyinən Morten bu müddətdə 141 oyuna 10 qol vurub və 12 məhsuldar ötürmə edib.
O, Danimarka millisinin forması ilə 27 oyunda meydanda çıxıb və 1 dəfə qol sevinci yaşayıb.