son dəqiqə SON DƏQİQƏ
Çempionlar Liqası: Pley-offun cavab oyunlarına start verilir - Günün oyunları: "Sabah" pley-off mərhələsinin cavab qarşılaşmasına çıxacaq - Premyer Liqa klublarının yay transferləri Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi

Bu futbolçu "Qarabağ"la müqavilə imzalamaq üçün Azərbaycana gəldi

Bölmə adı Futbol / Manşet
Yayımlandı 21-05-2026, 16:49

“Qarabağ” növbəti transferini reallaşdırmağa hazırlaşır.



Sport1.az Kiprin kerkida.net portalına istinadən xəbər verir ki, 26 yaşlı qambiyalı hücumçu Zakaria Savo transfer prosesini yekunlaşdırmaq məqsədilə Azərbaycana gəlib.


Mənbənin yazdığına görə, futbolçu Bakıda tibbi baxışdan keçdikdən sonra Ağdam təmsilçisi ilə rəsmi müqaviləyə imza atacaq.



Bir neçə gündür “Qarabağ”ın Zakaria Savo ilə maraqlandığı barədə xəbərlər yayılırdı. Hazırda tərəflər arasında danışıqların son mərhələyə çatdığı bildirilir.



Qambiyalı forvard son aylarda Kiprin AEL komandasında göstərdiyi performansla diqqət mərkəzinə düşüb. O, 22 matçda 10 dəfə fərqlənərək bir sıra klubların maraq dairəsinə daxil olub. Buna baxmayaraq, futbolçunun karyerasını Azərbaycanda davam etdirməyə yaxın olduğu qeyd olunur.



Zakaria Savo hazırda müqavilə əsasında “Yurqorden” klubuna məxsusdur. Hücumçu daha əvvəl “BK Olimpik”, “Oskarshamns” və “Start” komandalarının da formasını geyinib.



Qeyd edək ki, “Qarabağ” mayın 18-də fransalı cinah oyunçusu Jali Muaddibin transferini rəsmən açıqlamışdı.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR