
Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Sport1.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu finalda ev sahibi Laşa Şavdatuaşvili-yə uduzub. Bununla da o, karyerasında ikinci dəfə qitə birinciliyinin gümüş medalını əldə edib. Heydərov eyni zamanda 4 qat Avropa çempionudur.
O, finala gedən yolda Konstantinos Tsaparas (Yunanıstan), Dardan Çenan (Kosovo), Dayyan Boulemtafes (Fransa) və Bilal Çiloğlunu (Türkiyə) məğlub edib.
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Turnir aprelin 19-da başa çatacaq.