son dəqiqə SON DƏQİQƏ
"Zirə" "Payde"yə qarşı - Azərbaycan klubunun 2 futbolçusu qəzada faciəvi şəkildə öldü - KL: "Neftçi" Bolqarıstanda Belarus klubu ilə üz-üzə gəlir UEFA Avropa Liqası: "Qarabağ" cavab matçına çıxır - Premyer Liqa klublarının yay transferləri Növbəti raundun daha 3 iştirakçısı müəyyənləşib 22 yaşlı müdafiəçi “Şamaxı”da ÇL: "Sabah"ın növbəti mərhələdəki rəqibi müəyyənləşib Millimiz dünya ikincisi oldu Vernidub: “Nəyə qadir olduğumuzu göstərmək istəyirik” Henrik Oyamaa: “Çox maraqlı və həyəcanlı oyun olacaq” Dünya Çempionatında daha 3 medal Qurban Qurbanov: “Yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq” Aaron Maluda: “Bazel”in ambisiyaları mənim məqsədlərimlə üst-üstə düşür” ÇSKA-nın baş məşqçisi: “Güclü tərəflərimizi nümayiş etdirməliyik” Tahir Gözel Bolqarıstana yollanıb I Liqada çıxış edəcək UEFA-dan FİFA-nın Dünya Kuboku planına sərt reaksiya “Sabah”dan “Bazel”ə İcra başçısı "Kəpəz"in İdarə Heyətinin sədri ilə görüşdü Daha 5 il “İnter”də DÇ-nin qəhrəmanı yeni klubunu tapdı “Payde”nin baş məşqçisi: “Nə etmək lazım olduğunu bilirik” Cüdo üzrə Liqa yarışının III turu start götürüb "Tarixin yazıldığı sehrli bir gecə" İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi Millimizin üzvü Macarıstanda legioner həyatı yaşayacaq "Qarabağ"ın sabiq qapıçısı Super Liqa klubu ilə müqavilə imzaladı

Seneqal hökumətindən CAF-a korrupsiya ittihamı

Bölmə adı Digər turnirlər
Yayımlandı 18-03-2026, 21:12

Seneqal hökuməti Afrika Futbol Konfederasiyasının qərarına sərt reaksiya verib.


Sport1.az xəbər verir ki, rəsmi Dakar Afrika Millətlər Kuboku ilə bağlı qəbul olunan qərardan narazı qaldığını bildirib və qurum rəhbərliyində korrupsiya ehtimalının araşdırılmasını tələb edib.


Seneqal hökumətinin açıqlamasında bildirilib ki, apellyasiya komitəsinin qərarı ölkə yığmasını qazandığı tituldən məhrum edərək onu Mərakeşə verməklə idman ədalətinə ziddir. Rəsmi qurum bu addımın idman etikasının əsas prinsipləri olan ədalət, dürüstlük və meydanda qazanılan nəticəyə hörmət anlayışlarına zərbə vurduğunu vurğulayıb.


Açıqlamada həmçinin qeyd olunub ki, bu qərar qaydaların yanlış şərhi nəticəsində qəbul edilib və Afrika futbolunun nüfuzuna ciddi zərər vurur. Seneqal tərəfi məsələ ilə bağlı müstəqil beynəlxalq araşdırmanın aparılmasına çağırıb.


Qeyd olunub ki, ölkə yığmanın titulunun geri qaytarılması üçün bütün hüquqi vasitələrdən istifadə edəcək və beynəlxalq məhkəmə instansiyalarına müraciət etməyə hazırdır.


Xatırladaq ki, Afrika Futbol Konfederasiyası Mərakeş tərəfinin apellyasiyasını təmin edərək final görüşündə Seneqal yığmasına 0:3 hesablı texniki məğlubiyyət verib. Bu qərar matçın son dəqiqələrində təyin olunan penalti epizodundan sonra komandanın meydanı tərk etməsi ilə əlaqələndirilib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR