
İspaniya çempionatında fevralın ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.
Sport1.az xəbər verir ki, La Liqanın rəsmi məlumatına görə, ötən ayın ən uğurlu çalışdırıcısı “Betis”in baş məşqçisi Manuel Pelleqrini seçilib. O, səsvermədə “Real”ın “sükanı arxasında” olan Alvaro Arbeloa və “Xetafe”nin çalışdırıcısı Xose Bordalası geridə qoyub.
Sevilya təmsilçisi fevralda keçirdiyi 4 qarşılaşmanın 3-də qalib gəlib, 1 oyunda isə heç-heçə edib. Komanda hazırda 42 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.