Azərbaycanlı futbolçu Nazim Məmmədzadə Maldiv adaları çempionu olub.
Sport1.az xəbər verir ki, 25 yaşlı müdafiəçinin çıxış etdiyi “Maziya” sonuncu turda “Odi”ni məğlub edərək qızıl medalları qazanıb.
Klub tarixində 6-cı dəfə ölkə çempionu olub.
Nazim ötən ilin dekabrında “Maziya”ya keçib. ş“Neftçi”nin yetirməsi olan müdafiəçi karyerasının son illərini ölkə xaricində keçirir. O, “Maziya”dan əvvəl Qırğızıstanda “Alay”, Polşada “Svinoyçe”, Latviyada “Qrobina”, İspaniyada “Marino Luanko”, Şimali Makedoniyada “Renova”da çıxış edib.