
Avrokuboklarda 8-ci turun oyunları başa çatıb.
Sport1.az xəbər verir ki, Avropa Liqasının matçlarından sonra UEFA reytinqində bəzi dəyişiklər olub. Azərbaycan sıralama bir pillə irəliləyib.
"Qarabağ" son matçda "Liverpul"a (İngiltərə) 0:6 hesabı ilə məğlub olsa da, pley-offa vəsiqə qazandığı üçün ölkəmiz 26-cı pilləyə yüksəlib.
Azərbaycan hazırda 22.937 xala malikdir. 27-ci sıradakı Sloveniyanın 22.843 əmsalı var.
Qeyd edək ki, siyahıya 111.797 əmsalla İngiltərə başçılıq edir.