
Azərbaycanın futzal hakimi Hikmət Qafarlı növbəti təyinatını alıb.
Sport1.az xəbər verir ki, məlumatı UEFA-nın rəsmi saytı yayıb. Referimiz Avropa Çempionatının final mərhələsində keçiriləcək Ermənistan - Ukrayna oyununda taymkiper hakimi kimi fəaliyyət göstərəcək.
Litvada təşkil olunacaq qarşılaşma bu gün Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.