son dəqiqə SON DƏQİQƏ

FIFA referilərimizə beynəlxalq təyinat

Bölmə adı Futbol
Yayımlandı 24-03-2025, 13:03

Azərbaycanın futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıblar.

Sport1.az xəbər verir ki, onlar aprelin 15-də Nikosiya şəhərində keçiriləcək Kipr – Almaniya oyununu idarə edəcəklər.

H.Qafarlı birinci, Ə.Cəbrayılov ikinci, K.Əmiraslanov isə üçüncü referi olacaq. Hakimlərin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR