
Azərbaycanlı FIFA referisi Kamal Umudlu daha bir beynəlxalq təyinat alıb.
Sport1.az xəbər verir ki, təcrübəli hakim 21 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə matçını idarə edəcək. Görüşdə ona yan xətlərdə Namik Hüseynov və Vüsal Məmmədov kömək göstərəcək. Dördüncü hakim funksiyasını isə Rauf Cabarov icra edəcək.
Qarşılaşma D qrupunun oyunları çərçivəsində noyabrın 18-də Preşov şəhərindəki “Tatran” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.