
Təlim-məşq toplanışını Bakıda davam etdirən "Araz-Naxçıvan" bu gün yoxlama oyunu keçirib.
Sport1.az xəbər verir ki, Andrey Demçenkonun komandası I Liqa klubu "Zaqatala" ilə üz-üzə gəlib.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan matç Premyer Liqa təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Ağ-qırmızılar"ın heyətində Şarl Boli, Patrik Andrade, Hamidu Keyta və Ülvi İsgəndərov qol vurublar.
Qeyd edək ki, “Araz-Naxçıvan” ilk sınaq görüşündə əvəzedici komandasına 7:0 hesabı ilə qalib gəlib, ikinci oyunda isə "Qəbələ"yə uduzub - 0:1.