
Peşəkar Futbol Liqasının II Liqasında dekabr ayının ən baxımlı qolları açıqlanıb.
Sport1.az xəbər verir ki, ayın ən yaxşı qolu adına ümumilikdə 5 fərqli futbolçunun dəqiq zərbəsi seçilib.
Siyahıda Elməddin Hüseynzadənin (“Xankəndi”), Ramin Məhərrəmovun (“Quba”), Turqut Mustafazadənin (“Şəmkir”), Elmar Rəhimovun (“Xankəndi”) və Tofiq Nəsibovun (“Qaradağ Lökbatan”) vurduğu qollar yer alıb.
Dekabr ayı üzrə II Liqada seçilən ən baxımlı 5 qolun videogörüntülərini təqdim edirik: