
“İnter Mayami” “Atletiko Madrid”dən icarəyə götürdüyü Rodriqo De Paul ilə bağlı qərarını verib.
Sport1.az xəbər verir ki, MLS təmsilçisi argentinalı yarımmüdafiəçini komandada saxlayacaq.
ABŞ klubu 31 yaşlı müdafiəçi üçün müqavilədə qeyd olunan 15 milyon avroluq satınalma məbləğini La Liqa təmsilçisinə ödəyəcək.
Qeyd edək ki, Rodriqo De Paul komandanın heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol vurub və 7 məhsuldar ötürmə edib.