“Difai” I Liqanın yeni mövsümündə iddialı heyət formalaşdırmaq niyyətindədir.
Klub rəhbərliyi Araz Bağırovdan çempionluğa oynayacaq komanda yığmasını istəyib. Ağsu təmsilçisində bir sıra legioner futbolçular baxışdadır. Onların ikisi ilə bağlı qərar verilib. Yoxlanışda olan kanadalı futbolçularla müqavilə imzalanmayıb. Söhbət Aleksey Çiçko və Dante Laytdan gedir. Baş məşqçi birinci futbolçunu bəyənib. Lakin müqavilə imzalanan zaman futbolçunun həvəskar statusda olduğu müəyyən edilib. Dante Layt isə Araz Bağırovun tələblərinə cavab verməyib.
Maraq üçün bildirək ki, 27 yaşlı mərkəz müdafiəçisi İsveçin “Hörnösands FF”, Gürcüstanın “Baxmaro” və “Merani” (Tiflis) klublarında çıxış edib.
Qeyd edək ki, "fədailər" heyətini İbrahim Hacı, Kamil Sadıqov, Tural Mirsultanov, Altayturan Bektaşoğlu, Nemət Musayev, Musa Musazadə, Bəhram Köçərli, Kamil Qardaşlı, Nihad Həsənzadə, Hacıəli Şirəliyev, Ayxan Səfərli, Rüfət Tahirov, Bayraməli Qurbanov və Sadiq Məmmədzadə kimi futbolçularla gücləndirib.
XƏLİL İBADLI
Sport1.az