
"Mançester Yunayted"də 2 ayrılıq baş verə bilər.
Sport1.az xəbər verir ki, Premyer Liqa təmsilçisi qapıçıları - Altay Bayındır və Andre Onana ilə yollarını ayırmaq istəyir.
Senne Lammensin gəlişi ilə əsas heyətdə yerini itirən türkiyəli qolkiper ilə "Trabzonspor"da icarədə olan kamerunlu əlcək sahibi "qırmızı şeytanlar"la davam etmək niyyətində deyil.
Mançester təmsilçisi ehtiyat qapıçı kimi "Malmö"nün şərəfini qoruyan Mellker Elborqla maraqlanır.