
İngiltərə Premyer Liqasının XI turunda "Liverpul" səfərdə "Mançester Siti"yə uduzdu - 0:3.
Sport1.az xəbər verir ki, bu məlubiyyətlə mersisayd təmsilçisinin elitada 422 günlük qol vurmaq seriyası başa çatdı.
"Qırmızılar" ən son ötən mövsüm sentyabrın 14-ü "Nottinqem"ə 0:1 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, "Liverpul" 11 oyuna 18 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.